hekimdermatoloq.az ibrahim doktor

Salam, mən Dr. İbrahim Rzayev — dermatoveneroloq və trixoloqam.
dr ibrahim rzayev

17 illik peşəkar fəaliyyətim ərzində dəri, saç və cinsiyyət yolu ilə keçən xəstəliklərin diaqnostika və müalicəsi sahəsində minlərlə pasiyentə yardım etmişəm. Sizin sağlamlığınız və estetik görünüşünüz mənim üçün hər zaman prioritetdir. Məqsədim — dəri və saç problemlərinə yalnız müvəqqəti deyil, elmi əsaslara söykənən, uzunmüddətli həll yolları təqdim etməkdir.

Hazırda Medilife KlinikasıVeNatura Klinikasında fəaliyyət göstərirəm. Əgər siz də dəri, saç və ya digər dermatoloji problemlərlə bağlı narahatlıq keçirirsinizsə, mənimlə əlaqə saxlayaraq konsultasiya üçün müraciət edə bilərsiniz.

📞 Əlaqə nömrələri:
+994 50 338 54 35
+994 77 338 54 35 (WhatsApp)
+994 12 425 11 99

📍 Klinikalar:
Medilife Klinikası — Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi 8
VeNatura Klinikası — Süleyman Sani Axundov küçəsi 2H

Sizin sağlam dəriniz və özünüzə inamlı baxışlarınız üçün buradayam.

🔍 Ətraflı məlumat və faydalı məsləhətlər üçün Instagram səhifəmi izləyə bilərsiniz:
@ibrahim_dr_rzayev

Rzayev İbrahim Qurbanqulu oğlu 19 iyun 1977-ci ildə Masallı rayonunda doğulub.Ailəlidir, 1 oğlu və 2 qızı vardır.

TƏHSİLİ

1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin 2-ci müalicə fakültəsində təhsil alıb.

2000-2001-ci illərdə Bakı şəhər, 1 nömrəli Dəri-zöhrəvi dispanserində həkim-dermatoveneroloq ixtisası üzrə internatura keçib.

03:00

2001-2003-cü illərdə AR Silahlı Qüvvələrində Tabor tibb məntəqə rəisi və Hərbi Səhra Hospitalında “Dəri-zöhrəvi şöbəsi” rəisi vəzifələrində çalışmışdır.

2003-2011-ci illərdə ADDY QSC “BAKI DƏMİR YOL Xəstəxanasında Dəri-zöhrəvi xəstəlikləri şöbəsində həkim-ordinator, 2011-2020-ci illərdə isə həmin şöbənin müdiri vəzifəsində çalışmışdır.

2020-2022-ci illərdə “BAKI KLİNİKİ MƏRKƏZ” Özəl Tibb mərkəzində çalışmışdır.

2019-cu ildən bu günə kimi “MEDİLİFE CLİNİC” Özəl Tibb Mərkəzində həkim-dermatoloq kimi çalışmaqdadır.

03:00

2015-ci ildə Türkiyə Cümhuriyyəti Qazi Universiteti Dəri-zöhrəvi Xəstəlikləri kafedrasında 1 aylıq Təkmilləşmə kursunda iştirak edib.

2018-ci ildə Rusiya Federasiyasında “TRİXOLOGİYA” üzrə kursda iştirak edib.

2023-cü ildə Rusiya Federasiyasında 1-ci Professional Estetika İnstitutunda “DERMATO-KOSMETOLOGİYA” üzrə tam kurs keçmişdir.

Bir çox yerli və xarici konfranslarda müxtəlif dermato-kosmetoloji mövzularda məruzəçi kimi çıxış etmişdir.