
Akne (Sızanaqların müalicəsi)
Akne xüsusilə yeniyetmələrdə, amma bəzən böyüklərdə də görülən yayğın dəri problemidir. Hormonal dəyişikliklər, stress, düzgün olmayan dəri baxımı və bəzi qidalar aknenin yaranmasına səbəb ola bilər. Aknenin müalicəsi yalnız estetik deyil, həm də psixoloji rahatlıq baxımından vacibdir. Biz akne növünə və dəri tipinə uyğun yerli və sistemik müalicə, pilinq, təmizləmə və lazımi məsləhətlərlə fərdi müalicə planı tətbiq edirik.
Ekzema, Atopik Dermatit və Allergik Dəri Xəstəlikləri
Qaşınma, quruluq, qızartı və soyulmalarla müşahidə olunan atopik dermatit və ekzema allergik mənşəli dəri xəstəlikləri sırasındadır. Hər yaşda özünü göstərə və həyat keyfiyyətinə mənfi təsir edə bilər. Müalicədə əsas məqsəd – qıcıqlandırıcı faktorları müəyyən etmək, dərinin qoruyucu baryerini bərpa etmək və təkrarlanmanın qarşısını almaqdır. Hər pasiyent üçün allergiya testləri və dəriyə uyğun dermokosmetik tövsiyələrlə yanaşı müasir müalicə üsulları təqdim edirik.
Psoriaz (Pullu Dəmrov) və Xroniki Dermatozlar
Psoriaz – immun sistem pozğunluğu nəticəsində yaranan, dəridə qırmızı, pullu sahələrlə müşahidə olunan xroniki bir dəri xəstəliyidir. Bəzən oynaq ağrıları ilə müşayiət oluna bilər. Xəstəlik dövri olaraq kəskinləşə və sakitləşə bilər, lakin müasir dermatoloji üsullarla onun idarə olunması mümkündür. Psoriazla yanaşı, digər xroniki dermatozların da fərdi yanaşma ilə effektiv müalicəsi mümkündür.
İnfeksion Dəri Xəstəlikləri (Göbələk, Virus, Bakteriya və Parazit mənşəli)
Dərinin infeksion xəstəlikləri – göbələk infeksiyaları (mikozlar), herpes, molluskum kontagiozum, impetigo, follikulit və parazitar invaziyalar (məsələn, uyuz, bit) kimi müxtəlif mənşəli olur. Bu xəstəliklər yoluxucudur və vaxtında düzgün diaqnozla müalicəyə başlanmalıdır. Biz dəri müayinəsi və laborator analizlərlə düzgün diaqnoz qoyaraq, müasir protokollara əsaslanan müalicə tətbiq edirik. Özünüzü və ətrafınızı qorumaq üçün dəri infeksiyalarını vaxtında aradan qaldırmaq vacibdir.
Uşaqlarda Dəri Xəstəlikləri

Uşaqların dərisi böyüklərlə müqayisədə daha həssas və nazikdir. Bu səbəbdən uşaqlarda tez-tez allergik səpgilər, atopik dermatit, göbələk infeksiyaları, suçiçəyi, impetigo və digər dəri problemləri görülür. Uşaq dermatologiyası xüsusi yanaşma və düzgün diaqnostika tələb edir. Biz uşağın yaşına, dəri tipinə və klinik şikayətlərinə uyğun olaraq yumşaq, lakin təsirli müalicə yolları təqdim edirik.
Cinsi Yolla Keçən Dəri Xəstəlikləri
Cinsi yolla keçən infeksiyalar dəridə səpgilər, yaralar, qaşınma və digər əlamətlərlə özünü göstərə bilər. Sifilis, genital herpes, xlamidiya, HPV (papilloma virusu), qonoreya və digər infeksiyalar erkən mərhələdə aşkarlanmadıqda ağırlaşması mümkündür. Biz gizlilik prinsipinə sadiq qalaraq, peşəkar müayinə və müalicə aparırıq. Dəri və selikli qişalarda müşahidə etdiyiniz hər hansı dəyişiklik zamanı vaxtında dermatoloqa müraciət etməyiniz vacibdir – sağlam gələcəyin əsası erkən diaqnostikadır.
📱 050 338 54 35
📱 077 338 54 35 (Whatsapp)
📱 012 425 11 99